Mesut Özildən Ardaya sürpriz dəstək

22:00 | 01.05.2014
Mesut Özildən Ardaya sürpriz dəstək

Mesut Özildən Ardaya sürpriz dəstək

Çempionlar Liqasının yarımfinalında dünən baş tutan "Çelsi" ilə cavab qarşılaşmasında "Atletiko"nun futbolçusu Arda Turanı "Arsenal"ın türkəsilli alman yarımmüdafiəçisi Məsut Özil və tanınmış jurnalist Acun Ilıcalı tək buraxmayıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onlar qarşılaşmanı stadiondan izləyərək türk yarımmüdafiəçiyə dəstək olublar. Oyuna həyəcanla baxan M.Özil Ardanın vurduğu qola çox sevinib. A.Turan isə fərqləndikdən sonra  Özil və Acunun olduğu tribunaya gedərək qol sevincini onlarla bölüşüb.

Xatırladaq ki, sözügedən qarşılaşma Madrid klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb