Məsut Özildən daha bir insanlıq dərsi

17:12 | 18.07.2014
Məsut Özildən daha bir insanlıq dərsi

Məsut Özildən daha bir insanlıq dərsi

O, yenə etdiyi hərəkətlə hamını heyran edib

Futbol üzrə son dünya çempionatında Argentinanı məğlub edərək dünya kubokunu əldə edən Almaniya millisinin oyunçusu Məsut Özil daha bir xoş addım atıb.

ANS PRESS-in məlumatına görə, Almaniya millisində oynayan türkiyəli futbolçu Məsut Özil əməliyyata ehtiyacı olan 23 braziliyalı uşağın xərclərini ödəyəcəyini bildirib.

O, bu hərəkəti qonağı olduğu braziliyalılara hörmət əlaməti olaraq edib. Belə ki, sosial şəbəkədə açıqlama verən Özil bunları yazıb:

​​"Bu mənim braziliyalılara qonaqpərvərlikləri üçün xüsusi minnətdarlığımdır".

Qeyd edək ki, turnir ərzində bir qol vuran Özilin iki gün əvvəl isə fələstinli uşaqlara böyük məbləğdə yardım etdiyi bildirilmişdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM