"Meta"nın gəliri artıb

19:07 | 27.07.2023

"Meta"nın gəliri artıb

"Facebook”, "Instagram” və "WhatsApp”ın sahibi olan "Meta”nın gəliri bu ilin ikinci rübündə 11 faiz artaraq 32 milyard dollara çatıb. Bu barədə Meta məlumat yayıb.

Aprel-iyun üzrə şirkətin gəlirləri bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 32 milyard dollara çatıb. Beləliklə, şirkət 2021-ci ilin son rübündən bəri ilk dəfə olaraq iki rəqəmli gəlir artımı göstərdi. Meta 2022-ci ilin eyni dövründə 28,8 milyard dollar gəlir əldə edib.

Meta-nın xalis mənfəəti də bu ilin ikinci rübündə 16 faiz artaraq 7,8 milyard dollara çatıb. Şirkət 2022-ci ilin ikinci rübündə 6,7 milyard dollar xalis mənfəət əldə edib.

Şirkətin 2022-ci ilin ikinci rübündə 2,46 dollar olan səhm üzrə qazancı bu ilin eyni dövründə 2,98 dollara çatıb. Meta çətiri altında Facebook-un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı bu müddət ərzində artmağa davam etdi.

"Facebook”un gündəlik aktiv istifadəçilərinin sayı illik müqayisədə 5 faiz artaraq iyun ayı üzrə 2,06 milyarda çatıb. Eyni dövrdə sosial şəbəkə saytının aylıq aktiv istifadəçilərinin sayı 3 faiz artaraq 3,03 milyarda çatıb.

Bəyanatda fikirləri yer alan Meta CEO Mark Zuckerberg, yaxşı bir rüb keçirdiklərini və tətbiqlərində güclü qarşılıqlı əlaqəni görməyə davam etdiklərini ifadə etdi. Zuckerberg vurğulayıb ki, Llama 2, Threads, Reels, yeni süni intellekt məhsulları və Quest 3 bu payızda satışa çıxarılacaq, və onların uzun müddətdir gördüyü "ən həyəcanlı yol xəritəsi" var.

Rabia Hale Seferoğlu
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM