Mətbuat Şurasında qəzet satışı və media problemləri - MÜZAKİRƏ

18:24 | 29.11.2013
Mətbuat Şurasında qəzet satışı və media problemləri - MÜZAKİRƏ

Mətbuat Şurasında qəzet satışı və media problemləri - MÜZAKİRƏ

Mətbuat Şurasının İdarə Heyəti toplantı keçirib. 

Gündəlikdə mətbuatın problemləri və qəzet yayımı ilə bağlı məsələlər durub. İclası Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. O, deyib ki, prezidentin yanında keçirilən məlum görüşdə bir sıra problemlər qaldırılıb. Onlardan ən əsası qəzetlərin yayımına qoyulan məhdudiyyətlərdir. Biz bununla bağlı MŞ-nın əvvəllər qurduğu qrupu komissiya kimi formalaşdıraraq, paytaxtdakı qəzet satışının monitorinqini hazırlamalı, əlavə köşklərin qoyulmasının mümkünlüyü müəyyənləşdirilməli, yeni köşklərin satış həcmi müəyyənləşdirilmlidir. Bundan sonra hesabat hazırlayıb, prezidentə göndərməliyik.

MŞ idarə heyətinin üzvləri son durumu dəyərləndirərək, təklif və mülahizələrini irəli sürüblər. İdarə Heyətinin üzvləri Vüqar Səfərov, Bəxtiyar Sadıxov, Vüsalə Mahirqızı, Yadigar Məmmədli, Vüqar Rəhimzadə, Cavanşir Feyziyev və digərləri mövzu ətrafında danışıblar. Müzakirələrdə qeyd olunub ki, satış problemindən başqa, medianın reklam problemləri də var. Bəxtiyar Sadıxov deyib ki, reklam bazarı olmayınca biz ayaq üstə qalxa bilməyəcəyik.

Müzakirələrdə yeni köşklərin qəzetlərə təklif etdiyi satış faizi də müzakirə edilib. Qərara alınıb ki, “Kiosk Press” şirkətinin diqqətinə çatdırılsın ki, onların təklif etdiyi 40 faiz həddindən artıq yüksək rəqəmdir. Bunu 30 faizdən yüksəyə qaldırmaq olmaz.

MŞ İdarə Heyətinin üzvləri metropolitendə qəzet satışının bərpası istiqamətində də təkliflər veriblər. Qərara alınıb ki, yaradılan komissiya Bakının küçə və meydanlarında olduğu kimi, metrostansiyalarda da yeni yayım nöqtələrinin qurulması imkanlarını araşdırsın və bir həftə ərzində hesabat hazırlasın. 

Mətbuat Şurasının İdarə Heyəti həm də qərara alıb ki, növbəti həftə Bakıdakı yayım firmalarının rəhbərlərini dəvət edib, onlarla söhbət aparsın.  

İclas barədə daha təfsilatlı məlumat əlavə olaraq veriləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM