""Metsamor" Atom Elektrik Stansiyası bağlanmalıdır"

09:40 | 27.09.2016

""Metsamor" Atom Elektrik Stansiyası bağlanmalıdır"

Ermənistanın "Metsamor” Atom Elektrik Stansiyası seysmoaktiv zonada yerləşir və region ölkələri, o cümlədən Türkiyə üçün təhlükə yaradır.
 
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Vyanada, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında bəyan edib.
 
"Metsamor” Atom Elektrik Stansiyası bağlanmalıdır. Çernobıl qəzasından sonra dünya və region yeni atom fəlakətinə yol verə bilməz”, deyə B.Albayrak bildirib.
 
Nazir xatırladıb ki, "Metsamor” 47 il əvvəl inşa edilib: "Bu stansiya Türkiyədən cəmi 16 km aralıda yerləşir. Ümumiyyətlə, ömrünü tamamlamış stansiyaların hərtərəfli yoxlanılmasına ehtiyac var”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb