Meyiti qaytarılmayan körpə ilə bağlı XƏBƏR - VİDEO

14:54 | 23.01.2016
Meyiti qaytarılmayan körpə ilə bağlı XƏBƏR - VİDEO

Meyiti qaytarılmayan körpə ilə bağlı XƏBƏR - VİDEO

Problemin bu gün həll olunacağı gözlənilir.

Azərbaycanın İrandakı səfirliyi meyiti verilməyən körpə ilə bağlı məsələləri nəzarətində saxlayır. 

ANS PRESS-in məlumatına görə, bunu hazırda İranda olan 9 aylıq Qorqud Dadaşzadənin dayısı Aqil Quliyev bildirdi. 

"Bizə bu gün konsulluqdan zəng vurub dedilər ki, məsələni həll etməyə çalışırlar. Konsulluqla yanaşı Təbriz Universiteti də köməklik edir. İnşaallah, yaxşı olar. Artıq Azərbaycandan imkan şəxslərin köməkliyi ilə pulun bir qismi hazırdır. Az bir hissəsi qalıb", - deyə uşağın dayısı vurğuladı.

Azərbaycan vətəndaşı 9 aylıq Qorqud Dadaşzadə yanvarın 21-də günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində yerləşən "Kudəkan" (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib. Adıçəkilən xəstəxananın uşağın cənazəsini yaxınlarına vermədiyi barədə məlumat yayılıb. 

Qorqud Dadaşzadənin ailə üzvləri ANS TV-yə bildirib ki, 3200 manat borcları olduğuna görə həkimlər uşağın meyitini valdeyinlərinə vermirlər. Ailəyə yalnız pulu ödəyəcəkləri təqdirdə uşağın meyitini verəcəklərini bildiriblər.

Aqil Quliyevin ANS TV-yə müsahibəsi


Ötən gün məsələ ilə bağl İran İslam Respublikasının Azərbaycandakı səfirliyi də münasibət bildirib. Səfirliyin mətbuat katibi Məhəmmədrza Nəcəfi Qorqud Dadaşzadənin Təbrizin "Kudəkan” xəstəxanasında vəfatına görə təəssüfləndiyini qeyd edib:

"Hər il müxtəlif ölkələrin və o cümlədən Azərbaycan vətəndaşları, minlərlə insan müalicə üçün İrana üz tutur və onların əksəriyyəti İranda aldıqları müalicədən razılıq bildirirlər. Dünyada mövcud olan bütün xəstəxanalar öz xəstələrinin sağalması və şəfa tapmasını istəyir. Hər halda Allahın təqdiri ilə də barışmaq lazımdır”.

M.Nəcəfi deyib ki, görülən tədbirlər nəticəsində 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib və hal-hazırda yalnız 3200 manat borc qalıb. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM