MÜHARİBƏ BAŞLADI: Rusiya bombaladı, Türkiyə iki şəhid verdi

20:02 | 20.02.2020
Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada keçirilən hərbi əməliyyatlarla bağlı məlumat yayıb.
Anews.az-ın Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, 5 əsgər yaralanıb.
Suriyanın şimalında, İdlib vilayətində Türkiyə ordusunun 2 əsgəri şəhid olub.
Bu arada, Rusiyanın "Su-24” qırıcı təyyarələri Suriyanın İdlib vilayətini bombalayıb. Bu barədə Suriyadakı münaqişə tərəflərini barışdıran Rusiya Mərkəzi məlumat yayıb.
Məlumatda Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus "Su-24” qırıcı təyyarələrinin İdlibdə terrorçuların mövqelərinə zərbələr endirdiyi bildirilib.
Qeyd olunub ki, Rusiyanın bu mövqeləri bombalaması Suriya ordusuna hücumları dəf etməyə imkan verib.
Məlumatda o da vurğulanıb ki, aviazərbələr nəticəsində terrorçuların 6 zirehli və 5 ədəd pikap avtomobili məhv edilib. //APA
 


www.anews.az

Xəbər lenti