"Milan" klubu satılır

10:22 | 14.05.2016

"Milan" klubu satılır

Klubu Çin şirkətlərindən biri almaq istəyir.

İtaliyanın "Milan" klubunun səhmlərinə çinlilər sahib çıxıb. ANS PRESS-in məlumatına görə, klubunun sahibi alqı-satqıyla bağlı Çin şirkətiylə razılıq əldə edib.

İtaliyanın "Sporcope" dərgisinin iddialarına görə, klubun səhmlərinin 70 faizi 550 milyon avroya satılıb. Adı açıqlanmayan Çin şirkətinin "Milan"ın 250 milyon avroluq borcunu da ödəyəcək və beləcə anlaşmanın maddi dəyəri 800 milyona çatacaq.

Yaxın saatlarda klubdan bu məsələylə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir. Klubun sahibi Silvio Berluskoni özü də bir müddət əvvəl italyan şirkətlərindən maraq görmədiyini, Çindən sərfəli təklif aldığını demişdi.

Bu arada "Milan"ın qapıçısı Kristian Abbyati bu gün futbolçu karyerasını başa vurur. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu gün A seriyasının 38-ci turunda "Roma"ya qarşı matç 38 yaşlı qolkiper üçün klubda sonuncu oyun olacaq. Abbyati 1998-ci ildən "Milan"da çıxış edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM