Milli Məclis bəzi dövlətlərarası sənədləri ratifikasiya edib

15:15 | 07.04.2017
Milli Məclis bəzi dövlətlərarası sənədləri ratifikasiya edib

Milli Məclis bəzi dövlətlərarası sənədləri ratifikasiya edib

Milli Məclisin iclasında bir sıra dövlətlərlə imzalanan sənədlər ratifikasiya edilib.
 
APA-nın məlumatına görə, bunlar "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin" Birgə Bəyanatı, 1997-ci il 10 iyun tarixində Almatı şəhərində imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə"nin 5-ci Maddəsinə dəyişiklik və əlavələrin edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Notalar Mübadiləsinin təsdiq edilməsi, "Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin" Birgə Bəyanatı və "Azərbaycan Respublikasının Hökuməti ilə Venesuela Bolivar Respublikasının Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişdir.
 
Sənədlər ayrılıqda səsə qoyularaq qəbul olunub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM