Milli Qəhrəman Çingiz Babayevin doğum günüdür

10:27 | 02.10.2017
Milli Qəhrəman Çingiz Babayevin doğum günüdür

Milli Qəhrəman Çingiz Babayevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, erməni terrorizmi zamanı qəhrəmanlıq göstərmiş və şəhid olmuş Çingiz Babyevin doğum günüdür.

Modern.az-ın məlumatına görə, Çingiz Babyev 2 oktyabr 1964-ci ildə Bakı şəhərində dünyaya göz açıb. O, Yasamal rayonundadkı 20 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstutuna daxil olub. 1992-ci ildə Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəsis vəzifəsində işləyən Çingiz Babayev könüllü olaraq Milli Ordu sıralarına daxil olub. O "N" saylı hərbi hissədə qərərgah rəisi vəzifəsində çalışıb.
 
 
 
28 oktyabr 1995-ci il... Bakı metrosu həmişəki kimi iş rejimi ilə işləyirdi. Ulduz metrostansiyası və Nəriman Nərimanov metrostansiyası arasında hərəkət edən qatarda yanğın baş verir və bütün qatarı alov bürüyürdü. Çingiz də bu qatarda sərnişinlər arasında idi. O fəryad edən soydaşlarımıza kömək etmək qərarını verir və vaqonlarda olan insanları xilas etməyi bacarır, onlarla insan bu faciədən xilas olur. Başqalarının həyatını xilas edən Çingiz öz həyatını qurban verir. Subay idi.
 
 
Azərbaycan Respublikası prezidentinin 3 noyabr 1995-cı il tarixli, 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
 
 
Bakının Yasamal rayonu ərazisində ki, qəbristanlıqda dəfn edilib. Onun şərəfinə Ulduz metrostansiyasında abidə kompleksi ucadılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM