Millimiz FİFA reytinqində 10 pillə irəlilədi

14:37 | 17.07.2014
Millimiz FİFA reytinqində 10 pillə irəlilədi

Millimiz FİFA reytinqində 10 pillə irəlilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi 10 pillə irəliləyib.Berti Foqtsun komandası 410 xalla 73-cü pillədə qərarlaşıb. "Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. Lakin "Skuadro Adzuro" ötən ayla müqayisədə 5 pillə geriləyərək 14-cü sırada qərarlaşıb.  Digər rəqiblərimizdən Xorvatiya bir pillə irəliyərək 17-ci olub. Norveç (+3) 53-cü, Bolqarıstan (+6) 72-ci və Malta isə (-18) 150-ci pillədə qərarlaşıb.Siyahının ilk "10"luğunda böyük dəyişiklik baş verib. "DÇ-2014"ün qalibi Almaniya millisi 1761 xalla liderliyə yüksəlib. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Hollandiya isə üçüncü olub.Uzun müddət reytinq cədvəlinə başçılıq edən İspaniya millisinin "DÇ-2014"dəki uğursuz çıxışı komandanın mövqeyinə də təsirsiz ötüşməyib. Ötən ay birinci olan Priney təmsilçisi 1229 xalla 8-ci pilləyə yuvarlanıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM