Millimizdən daha iki medal: Samboçumuz ermənini məğlub etdi

18:44 | 22.06.2019
Millimizdən daha iki medal: Samboçumuz ermənini məğlub etdi

Millimizdən daha iki medal: Samboçumuz ermənini məğlub etdi

Azərbaycan II Avropa Oyunlarında daha bir medal qazanıb.
Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, 57 kq çəki dərəcəsində güləşən samboçumuz Mehman Xəlilov Maksim Manukyanla qarşılaşıb.
İdmançımız erməni rəqibini döşəyə çıxmağa peşman edib. Mehman 9:1 hesabı ilə qalib gələrək Azərbaycana ilk bürünc medal qazandırıb.
68 kq çəki dərəcəsində güləşən samboçumuz Emil Həsənov isə bolqarıstanlı Martin İvanova ağrıdıcı fənd edərək vaxtından əvvəl qalib gəlib. Bununla da Azərbaycan daha bir medal qazanıb. 
Xatırladaq ki, daha əvvəl Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı cütlüyü akrobatikanın dinamik hərəkətlər növündə gümüş medal qazanmışdı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb