Millimizin istefa vermiş baş məşqçiləri - SİYAHI

09:02 | 15.10.2014
Millimizin istefa vermiş baş məşqçiləri - SİYAHI

Millimizin istefa vermiş baş məşqçiləri - SİYAHI

Berti Foqtsun rəhbərlik etdiyi yığma komandamızın Xorvatiya ilə görüşdən sonra istefa verəcəyi ilə bağlı məsələ yenidən gündəmi zəbt edib.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, alman mütəxəssisin yığmamızın "sükanı arxası"nda dayandığı müddətdə komandamız tarixinin ən acı məğlubiyyətini almasa da, bu cür fiaskolardan sonra onun həmkarları öz xahişləri ilə komandadan ayrılıblar.Avro-96-nın seçmə qrup mərhələsi çərçivəsində Oserdə baş tutan və 10:0 hesabı ilə Fransanın xeyrinə başa çatan qarşılaşmadan sonra Ağasəlim Mircavadov milli ilə halallaşıb.Kazbek Tuayev üçün DÇ-98-in seçmə qrup mərhələsindəki Macarıstanla Bakıda keçirilən qarşılaşma sonuncu olub. Doğrudur, millimiz "vur-tut" 0:3 hesablı məğlubiyyətə uğrayıb. Lakin təcrübəli mütəxəssis üçün bu nəticə də kifayət edib.Vaqif Sadıqov isə Lixtenştenə Vadutsda məğlub olduqdan sonra çemodanlarını yığışdırıb.Millimizin ilk əcnəbi baş məşqçisi Karlos Alberto Torres də Tuayevin yolu ilə gedib. O da Bakıda 0:3 hesablı məğlubiyyətdən sonra istefa verib. Doğrudur, bu, Macarıstanla yox, Polşa ilə görüşdən sonra baş verib.Sonuncu dəfə rüsvayçı nəticədən sonra millidən ayrılan isə Şahin Diniyev olub. O, Bakıda Serbiyadan aldıqları 1:6 hesablı məğlubiyyətdən sonra millinin "sükanı arxası"nı təhvil verib.Ağasəlim Mircavadov – Fransaya Oserdə 0:10 (06.09.1995, Avro-96-nın seçmə mərhələ oyunu)Kazbek Tuayev – Macarıstana Bakıda 0:3 (10.11.1996, DÇ-98-nin seçmə mərhələ oyunu)Vaqif Sadıqov – Lixtenşteynə Vadutsda 1:2 (14.10.1997, Avro-2000-nin seçmə mərhələ oyunu)Əhməd Ələsgərov - Avro-2000 seçmə mərhələsindən sonra. (Son oyunu: Azərbaycan - Slovakiya 0:1)İqor Ponomaryov - DÇ-2002 seçmə mərhələsindən sonra. (Son oyunu: İsveç - Azərbaycan 3:0)Kazbek Tuayev - Maltaya Ta Qali 0:1( 17.04.2002, yoldaşlıq görüşü)Vaqif Sadıqov - Finlandiya Helsinkidə 0:3 (12.11.2002, Avro-2004-ün seçmə mərhələ oyunu)Əsgər Abdullayev – 2003-cü ilin sonunda (20 dekabr Səudiyyə Ərəbistanı ilə Ər-Riyad ilə yoldaşlıq görüşü) Karlos Alberto Torres – Polşaya Bakıda 0:3 (04.06.2005, DÇ-2006-nın seçmə mərhələ oyunu)Vaqif Sadıqov - 2005-ci ilin sonunda (12 noyabr Ueslə 0:2 rəsmi oyundan sonra)Şahin Diniyev – Serbiyaya Bakıda 1:6 (17.11.2007, Avro-2008-nin seçmə mərhələ oyunu)Qyoko Hacıyevski – Qazaxıstanla Antalyada 0:0 (03.02.2008, yoldaşlıq görüşü)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb