Millimizlə oyuna növbəti futbolçu çağırıldı

20:00 | 09.11.2020
Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek Azərbaycanla yoldaşlıq, Kosovo və Yunanıstanla isə UEFA Millətlər Liqasının oyunları üçün daha bir futbolçuya dəvət göndərib.

Anews.az xarici KIV-ə istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis Xorvatiya "Riyeka"sına məxsus yarımmüdafiəçi Adam Qnezda-Çerini komandaya cəlb edib.
Hazırda Almaniyanın "Nürnberq" klubunda icarə əsasında çıxış edən 21 yaşlı oyunçu ilk dəfə milliyə dəvət alıb.

Noyabrın 11-də Azərbaycanı qəbul edəcək Sloveniya yığması 4 gün sonra evdə Kosovo ilə üz-üzə gələcək. Komanda noyabrın 18-də isə Yunanıstanın qonağı olacaq.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti