Milyonlarla insana təsir edib, lakin hələ də onların diqqətini çəkməyib - Elçin Əmirbəyov

10:07 | 21.03.2024
Milyonlarla insana təsir edib, lakin hələ də onların diqqətini çəkməyib - Elçin Əmirbəyov

Milyonlarla insana təsir edib, lakin hələ də onların diqqətini çəkməyib - Elçin Əmirbəyov

Britaniyalı jurnalist Nil Uotson "nj.com” portalında Azərbaycanın işğaldan azad olunan torpaqlarında minatəmizləmə prosesi və qarşıda duran vəzifələr barədə məqalə dərc edib.

"Qafqazinfo” xəbər verir ki, yazıda Qərb ölkələrinin və təşkilatların bu problemin həllində Azərbaycana cüzi miqdarda yardım etdiyi qeyd olunub. 

Minalardan təmizlənmənin və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin təcili və zəruriliyi barədə Qərbdəki bütün razılıqlara baxmayaraq, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən təlimlərdə dəstək istisna olmaqla, Qərb tərəfindən bu nəhəng problemin həllində Azərbaycana çox az dəstək olub.

"Bu minaların Ermənistan tərəfindən heç bir ayrı-seçkilik olmadan və bəzən isə hərbi zərurət olmadığı halda yerləşdirilməsi və bu ərazilərdə hər hansı bir nişan və ya hasarın qoyulmaması minalardan təmizləmə prosesini daha da çətinləşdirir, insan ölümlərinin sayı  artır və beləliklə günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir” - deyə Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov portala müsahibəsində bildirib. 

Məqalədə, həmçinin qeyd olunur ki, minatəmizləyiciləri çətin şəraitdə fəaliyyət göstərmək məcburiyyətində olan Azərbaycan indi artan təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır. Burada məqsəd ölkənin təcrübələrinin və yanaşmalarının bütün dünyada həyata keçirilən bu fəaliyyətə dəstək olmasıdır. 

"Biz öz təcrübəmizi bölüşməyə hazırıq. Ölçü baxımından ölkəmiz nəhəng olmasa da, əhalimizin hər onda biri mina çirklənməsindən əziyyət çəkib. Dünyada regional və etnik münaqişələrdən əziyyət çəkən daha 30 ölkə var. Minalar isə ən təhlükəli döyüş alətlərindəndir. Bu, milyonlarla insana təsir edib, lakin hələ də nədənsə Dayanıqlı İnkişaf Məqsədlərini tərtib edənlərin diqqətini çəkməyib”, - deyə Əmirbəyov vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti