Mişel Platininin adı rüşvət qalmaqalında

16:24 | 03.06.2014
Mişel Platininin adı rüşvət qalmaqalında

Mişel Platininin adı rüşvət qalmaqalında

Qətərin "DÇ-2022"yə ev sahibliyi ilə bağlı rüşvət qalmaqalı getdikcə daha geniş vüsət alır.

Qol.Az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, UEFA prezidenti Mişel Platininin də adı bu qalmaqalda hallanır.

Platininin mundiala ev sahibliyi ilə bağlı keçirilən səsvermədən öncə Asiya Futbol Konfederasiyasının (AFC) sabiq prezidenti Muhammed Bin Hammamla görüşdüyü bildirilir. Qısa keçən həmin görüşdən sonra Platini məhz Qətərin lehinə səs verdiyini etiraf etmişdi.

Qeyd edək ki, Qətərin rüşvət müqabilində "DÇ-2022"yə ev sahibliyi etmək hüququna yiyələndiyi iddia olunur. Bu sübuta yetirilərsə, Qətər dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum ediləcək. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb