“Misir Tanrıları” filmi - 3D texnologiyası ilə “CinemaPlus” kinoteatrında - VİDEO

13:50 | 25.02.2016
“Misir Tanrıları” filmi - 3D texnologiyası ilə “CinemaPlus” kinoteatrında  - VİDEO

“Misir Tanrıları” filmi - 3D texnologiyası ilə “CinemaPlus” kinoteatrında - VİDEO

Azərbaycanda ilk dəfə olaraq "CinemaPlus” kinoteatrının bütün zallarında Masterİmage 3D texnologiyası tətbiq olunub.
 
Masterİmage 3D texnologiya – bu aydın təsviri pozmadan, yüksək dəqiqlik ilə rəng ötürmənin yeni tətbiqidir. Rənglər və təsvir aydın görünərkən, kino haqqında təsəvvür tamam dəyişir. Kinozalın hansı hissəsində oturmaqdan asılı olmayaraq, Masterİmage 3D texnologiyasının köməyi ilə ekrana baxış bucağı dəyişmir və təsvir tam mərkəzdə cəmlənir.
 
Masterİmage 3D eynəkləri demək olarki çəkisiz və gəzdirmədə çox rahatdırlar. Onlar yüksək keyfiyyətli görüntü və bütünlüklə filmə dalma ilə təmin edir.
Azerbaycanın premium kinoteatrı "CinemaPlus” Master İmage 3D texnologiyasını ilk dəfə 25 fevral "Misir Tanrıları” filmi zamanı tətbiq edəcək.
 
Bütün hadisələr "Misir Tanrıları” filmində qədim Misir tanrılarının taxt-tac uğrunda mübarizə apardığı dövrdə baş verir. Zənginliyi və təmtəraqlığı ilə heyrətə salan saraylar, bir-birilə mübarizə aparan tanrılar, əcaib məxluqlar, məhv olan piramidalar, sehrli çevrilmələr, odpüskürən əjdahalar – bütün bunları tamaşaçılar rejissor Aleks Proyasanın blokbasterində görəcəklər.   
 
Baş rollarda Cerard Batler, Nikolay Koster-Valdau, Brenton Tueytes, Ebbi Li, Kortni İton, Ceffri Raş, Rufus Syuell.   
 
"Misir Tanrıları” filmi Azərbaycan ərazisində "Cinema Distribution”şirkəti tərəfindən yayımlanır.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş hisslər bəxş etmək və kinomatoqrafiyada çəkiləcək ən son premyeralar ilə sevindirməyə hazırdır.  
 
"CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
 
 
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – "CinemaPlus”dır.

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb