M.V. Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) silahlı şəxs saxlanılıb.
Məlumata görə, MDU-nun jurnalistika fakültəsində saxlanılan kişinin üzərində bıçaq və pnevmatik tapança aşkarlanıb.
Jurnalistika fakültəsinin mətbuat katibi Darya Fomina məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, saxlanılan şəxs xidməti vəsiqə ilə jurnalistika fakültəsinin binasında yerləşən hərbi kafedraya daxil olub: "Hərbi kafedrada heç kimi tapa bilməyən kişi mühazirəyə qulaq asmaq qərarına gəlib. Təxminən 34 yaşı olan şəxs birinci kurs tələbələrinin arasında diqqəti çəkib. Bunu hiss edən tələbələr təhlükəsizlik xidmətinə müraciət ediblər. Təhlükəsizlik əməkdaşları çox operativ şəkildə həmin şəxsi auditoriyadan çıxara biliblər”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !