Erməni nazirin dünən verdiyi açıqlama dərhal təkzib edildi
İrəvanda müdafiə naziri David Torosyanın rusiyalı sərhədçilərin ölkədə qalma şərtlərini tənzimləyən müqaviləyə yenidən baxılacağı ilə əlaqədar dediklərindın sonra ciddi qorxuya düşüblər.
Görünür ki, ölkənin hərbi rəhbərliyinin dünənki çıxışı Moskvada neqativ reaksiyaya səbəb olub. Bu gün artıq mətbuat xidməti səhərdən rus və erməni hərbçilər arasındakı dostluğun əbədi olduğu haqqında danışmağa başlayıb. Sən demə nazir ümumiyyətlə rus sərhədçilər barəsində danışmayıb. Bir çox erməni jurnalistində isə nazirin çıxışını əks etdirən səs yazısı olmasına baxmayaraq təzkib verilir.
Xatırladaq ki, Ermənistanda 4,5 min rus hərbçisi xidmət edir. Todosyanın bütün məsələlərdə ölkənin müstəqil qərar vermək qabiliyyətində olduğunu nümayiş etdirmək cəhdi uğursuz alındı. Moskva bu cür bnəyanatları bağışlamır. Bunun üçün də bu gün demək olar ki, Ermənistanın generalları analarının canına and içirlər ki, Rusiya və onun hərbçilərinə sevgiləri sonsuzdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !