Moskvada Qırmızı meydanda buzovla gəzən ABŞ vətəndaşı saxlanılıb

21:30 | 01.02.2023
Moskvada Qırmızı meydanda buzovla gəzən ABŞ vətəndaşı saxlanılıb

Moskvada Qırmızı meydanda buzovla gəzən ABŞ vətəndaşı saxlanılıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın paytaxtı Moskvada Qırmızı meydanda buzov gəzdirən ABŞ vətəndaşını saxlayıb.TASS xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.

Məlumata görə, 34 yaşlı ABŞ vətəndaşı buzovu "Avito” zoomağazasından aldığını və gəzərək aparmaq istədiyini söyləyib.

Polis əməkdaşı bildirib ki, qaydanı pozan şəxsi İnzibati Xətalar Məcəlləsinin "Yığıncaq, mitinq, nümayiş, yürüş və ya piket keçirməyin müəyyən edilmiş qaydasının pozulması” maddəsi üzrə 15 sutkayadək inzibati həbs, cərimə və ya məcburi iş cəzası gözləyir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb