Moskvada Rusiya-Türkiyə elmi mərkəzi bağlandı

10:59 | 01.12.2015
Moskvada Rusiya-Türkiyə elmi mərkəzi bağlandı

Moskvada Rusiya-Türkiyə elmi mərkəzi bağlandı

Moskvada Ümumrusiya Rudomino adına xarici ədəbiyyat kitabxanasının Rusiya-Türkiyə elmi mərkəzi bağlanıb.

Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb.

"Təəssüflə bildirməliyik ki, mərkəzimiz bağlandı, xarici ədəbiyyat kitabxanasında Rusiya-Türkiyə elmi mərkəzi artıq fəaliyyət göstərmir. Osman dili kursları dayandırılır, aspirant və magistrlara da yardım edə bilməyəcəyik”, - məlumatda deyilir.

Planlaşdırılmış bütün dəyirmi masalar, məruzələr və konfranslar ləğv edilir, türk dilində olan kitabxana fondu, eləcə də Türkiyənin rusdilli araşdırmalar fondundan istifadə etmək mümkün olmayacaq.

Mərkəzin bağlanma səbəbləri açıqlanmır.

"Xahiş edirik, şərh üçün Ümumrusiya Rudomino adına xarici ədəbiyyat kitabxanasına müraciət edin. Bütün bu illər ərzində bizi dəstəkləyən hər kəsə təşəkkür edirik, düşünürük ki, əməyimiz boşa sərf edilməyib. Yeni formatda görüşənə qədər”, - Rusiya-Türkiyə elmi mərkəzinin əməkdaşları yazıb.

Mərkəz ikitərəfli elmi mübadilə, Türkiyənin Rusiyada və Rusiyanın Türkiyədə öyrənilməsi, dəyirmi masaların, seminarların, konfransların, yay və qış məktəblərinin keçirilməsi ilə məşğul olurdu. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb