Moskvadan Polşaya etiraz

17:00 | 15.03.2016
Moskvadan Polşaya etiraz

Moskvadan Polşaya etiraz

Martın 14-də Moskva Polşa müdafiə nazirinin bəyanatını pisləyib. Nazir demişdi ki, 2010-cu ildə Polşa prezidentinin ölümüylə nəticələnmiş təyyarə qəzasını Rusiya törədib.

Polşa və Rusiyanın rəsmi təhqiqatı həmin qəzanın pilotların səhvi ucbatından törəndiyini üzə çıxarıb. Belə ki, pilotlar qatı dumanda təyyarəni endirməyə çalışıblar.

Rusiyanın Smolensk yaxınlığındakı qəzada Polşa prezidenti Lech Kaczynski, bir sıra rəsmilər həlak olmuşdu.

Polşanın Müdafiə naziri Antoni Macierewicz daha öncə də qəzanın qəsdən törədildiyini deyib, ancaq ötən həftəsonu biraz da irəli gedərək bildirib ki, məqsəd Polşanı rəhbərliyindən məhrum etmək olub.

"1930-cu illərdə terrorçuluğun ilk qurbanları olmuşuq. Smolenskdə də müasir münaqişədə terrorçuluğun ilk böyük qurbanına çevrildik. Bu münaqişə gözlərimiz önündə baş verir”.

Rusiyanın Xarici İşlər Nazirliyi Macierewicz-in bəyanatını absurd adlandırıb. Kremlin sözçüsü Dmitry Peskov deyib ki, ittihamlar "əsassız, qərəzlidir”. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb