Mourinyodan antirekord

21:26 | 01.05.2014
Mourinyodan antirekord

Mourinyodan antirekord

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo antirekordla Çempionlar Liqasının tarixinə düşüb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin komandası ardıcıl 4 mövsümdür ki, yarımfinalda mübarizəni dayandırıb.

Bu nəticə ilə Mourinyo Çempionlar Liqasında antirekorda imza atıb. Ardıcıl 3 mövsüm Madrid "Real"ı ilə yarımfinal səddini aşa bilməyən təcrübəli mütəxəssis bu uğursuzluğu dünən "Atletiko" (Madrid) klubu ilə görüşdə (1:3) də yaşayıb.

Qeyd edək ki, sonuncu dəfə 2009/2010 mövsümündə "İnter" klubunu finala yüksəldən Mourinyo həlledici matçda "Bavariya"ya 2:0 hesabı ilə qalib gəlməklə fəxri mükafata sahib çıxmışdı. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb