MSK-dan dəyişikliklə bağlı siyasi partiyalara XƏBƏRDARLIQ

17:48 | 13.05.2016
MSK-dan dəyişikliklə bağlı siyasi partiyalara XƏBƏRDARLIQ

MSK-dan dəyişikliklə bağlı siyasi partiyalara XƏBƏRDARLIQ

"Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi haqqında  Təlimat"da dəyişiklik edilib.

Modern.az-ın xəbərinə görə bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında müzakirəyə çıxarılıb.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, əvvəllər partiyaların illik maliyyə hesabatları təqdim edildikdən sonra araşdırılıb 24 saat müddətində ictimailəşdirilirdi.

İndi isə hesabatlar təqdim edilən andan 1 iş günü ərzində olduğu kimi MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdiriləcək.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM