İham Əliyevin namizədliyi qeydə alındı

16:17 | 27.02.2018
İham Əliyevin namizədliyi qeydə alındı

İham Əliyevin namizədliyi qeydə alındı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, iclasda Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb. 

Qeyd olunub ki, İlham Əliyevin namizədliyinin qeydə alınması üçün kifayət qədər imza toplanılıb. 

Daha sonra məsələ səsə qoyularaq İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

İclasda bildirilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün MSK-ya 45 min seçici imzası və müvafiq sənədlər təqdim edilib. İmzaların və sənədlərin düzgünlüyü işçi qrupu tərəfindən yoxlanılıb. Seçki sənədləri kifayət qədər yüksək səviyyədə və Seçki Məcəlləsinin tələblərinə uyğun hazırlanıb.

Təqdim olunan 45 min imzanın 42 mini yoxlanılıb və bu imzalar namizədliyin qeydə alınması üçün kifayət etdiyi üçün imzaların yoxlanması prosesi dayandırılıb. Bildirilib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün hüququi əsaslar mövcuddur.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM