Mötədil müsəlman müttəfiq Azərbaycanın konstruktiv tənqidçilərə ehtiyacı var – Asim Mollazadə

14:25 | 17.06.2015
Mötədil müsəlman müttəfiq Azərbaycanın konstruktiv tənqidçilərə ehtiyacı var – Asim Mollazadə

Mötədil müsəlman müttəfiq Azərbaycanın konstruktiv tənqidçilərə ehtiyacı var – Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadənin Amerikanın "The Daily Caller” qəzetində dərc olunan məqaləsini təqdim edirik:

Totalitarizmdən qeyri-kamil bir hökumətlə çıxmış bir ölkə təsəvvür edin. O, Qərblə müttəfiq olub və dünya birliyinin azad-bazar demokratiyalarına can atır. ABŞ insan hüquqlarını ən yaxşı formada necə təşviq edə bilər? Bu ölkəylə əməkdaşlıq etməklə? Yoxsa onu bir pariya kimi dışlamaqla? 

Bu, ABŞ və onun müttəfiqləri üçün tanış sualdır. Qafqazda yerləşən Azərbaycan beynəlxalq səviyyədə təşkil olunmuş hücumların hədəfi halına gəlib, ölkə parlamentində müxalifət partiyasının lideri kimi, mən bu problemə xüsusi yanaşma gətirmək istəyirəm. 

1991-ci ildə Azərbaycan Sovet İttifaqının dağıntıları arasından çıxmamışdan əvvəl, mən müstəqillik üçün kommunist idarəçiliyinə qarşı fəal mübarizə aparırdım. 
2005-ci ildə mən yeni müxalifətçi qrup Demokratik İslahatlar Partiyasının (DİP) sədri seçildim. Biz fundamental azadlıqları və plural cəmiyyəti dəstəkləyirik. 

Orta təbəqəyə, sahibkarlara və təhsilli peşəkarlara fokuslanmaqla, DİP Azərbaycanın azad-bazar iqtisadiyyatına tez şəkildə istiqamətlənməsini istəyir. 

Biz dövlətin özəl sektordakı rolunun azaldılmasını, monopoliya sahəsində və dövlət müəssisələrində islahatların aparılmasına dair çağırışlar etmişik. 

Azərbaycanın neft və qazı bizim ən dəyərli resurslarımızdır, ancaq DİP enerji sektorunun dominant rolunun azaldılmasıyla, iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyir. 

Bizim partiyanın mövqeyi belədir ki, illuziyalı maliyyə stabilliyi axtarmaqdansa, hökumət pul-kredit siyasəti həyata keçirməklə, sahibkarların biznes açıb işlətməsi üçün kreditləri daha əlçatan etməlidir. Biz həmçinin hökumətin təhsildən tutmuş səhiyyə sahələrinədək siyasətini tənqid etmiş, fərdi hüquqları dövlət nəzarətindən müdafiə etmişik. 

Azərbaycan ideal deyil – heç bir ölkə ideal deyil. Müxalifət partiyası kimi biz hakimiyyəti tənqid etməkdən qorxmuruq. Ancaq Azərbaycanın tənqidi xaricdən və daxildən olmasından asılı olmayaraq, ölkənin reallıqlarından xəbəri olub, başa düşülməklə həyata keçirilməlidir.  Strateji regionda yerləşən, böyük enerji resurslarına sahib və dini tolerantlığın hakim olduğu Azərbaycan kobudcasına deyil, konstruktiv şəkildə tənqid edilməlidir. 

Tənqidçilərimiz bizim 70 il boyunca Sovet idarəçiliyi altında yaşadığımızı xatırlamalıdırlar, Azərbaycan çətin qonşuluqda yerləşir və ərazilərinin 20 faizinin işğalıyla üzləşib. 

Bizim Asiya, Şərqi Avropa və Mərkəzi Şərqin kəsişməsində  yerləşməyimiz, Azərbaycanı ticarət və nəqliyyat qovşağına çevrilməsinə səbəb olur. Ancaq biz dünyada İranla və Rusiya ilə sərhədi olan yeganə ölkəyik.  

Digər qonşu ölkə Ermənistan 1990-cı ildə ölkəmizə soxulub, Dağlıq Qarabağ və ətraf əraziləri işğal etməklə beynəlxalq səviyyədə tanınan ərazilərimizin beşdə birini ələ keçirib. Azərbaycanlılar üçün ən dəhşətli insan hüquqları pozuntusu Ermənistanın Dağlıq Qarabağı işğal etməsiylə, təxminən bir milyon əhalimizin  məcburi köçkün vəziyyətinə düşməsidir. 

İnsan hüquqları fəalları Azərbaycanın tolerantlıq ənənələrini qiymətləndirməlidirlər. Əsrlər boyunca müsəlmanlar, xristianlar və yəhudilər ölkəmizdə harmoniya içində yaşayıblar. Bu faktdır ki, Azərbaycanın İsraillə ikitərəfli strateji və iqtisadi əlaqələri var, həmçinin 2012-ci ildə Papa II İohan Pavel ölkəmizdə qonaq olub. 
Azərbaycan müsəlman çoxluğu olan əhalisi və dünyəvi dövlətiylə Müsəlman dünyası üçün model təklif edir. Bizim tənqidçilərimiz bilməlidirlər ki, bir çox ölkələrdə din azadlığı insan hüququ kimi yumruq altındadır, Azərbaycanda isə bu, təhlükəsizdir. 

Bizim tolerantlıq ənənəmiz sosial və mədəni sahələri əhatə edir. Azərbaycan qadınlara ABŞ-dan əvvəl, 1918-ci ildə seçkilərdə səsvermə hüququ tanıyıb. Bizim hüquq sistemimiz qadınlara və kişilərə bərabər hüquqlar tanıyır, qadınlar dövlətdə, təhsil və biznes sahələrində iştirak etmək hüququna malikdirlər. 

Qərb müşahidəçiləri bizim siyasi sistemi qiymətləndirərkən, bu faktları nəzərə almalıdırlar. Azərbaycan Sovet dominantlığından ancaq 24 ildir ki, qopub və bizim siyasi sistemimiz inkişaf etməkdədir. Azərbaycanda  demokratiyanın inkişafı üçün münbit zəmin var, əhali təhsillidir, 99.5 faiz savadlılıq göstəricisi var; qadınlar üçün bərabər hüquqlar tanınıb: dini azlıqlara qarşı tolerantlıq var: 5000 dövrü nəşr, yayım və onlayn orqanı kimi diri media var, həmçinin əhalinin 65 faizinin internetə çıxışı təmin edilib. 

Cəmiyyətimizdəki bu göstəricilər bizim nə üçün Qərb meyilli olduğumuzu göstərir. Azərbaycan və ABŞ-ın güclü tərəfdaşlıq əlaqələri mövcuddur, biz beynəlxalq terrorizm, narko-ticarət və nüvə silahlarının yayılmasına qarşı əməkdaşlıq edirik. 7 milyon barrel neft, 2.5 trilyon kub metr təbii qaz ehtiyatına malik Azərbaycan enerji resurslarının Amerikanın Avropadakı müttəfiqlərinə və İsrailə çatdırılmasına yardımçı olur.  

İndi dünya gücləri ABŞ-dan Çinə qədər uzanacaq İpək Yolunun salınmasını təklif edirlər. İpək yolu Mərkəzi Asiya və Qafqaz vasitəsiylə Şərqi Asiyanı Avropayla birləşdirəcək, Azərbaycan ticarət, enerji resurslarının transportunda, mədəni və intellektual mübadilədə bu marşrutun mərkəzi nöqtəsi olacaq. Azərbaycan əmtəələrin, servislərin və ideyaların həyata keçməsi üçün boru kəmərlərinin, terminalların, dəmiryollarının və avtomagistralların salınmasına investisiya yatırır.

(dailycaller.com)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb