Müdafiə naziri parlamentdə elan etdi: “Prezidenti öldürəcəyik”

18:37 | 24.09.2016
Müdafiə naziri parlamentdə elan etdi: “Prezidenti öldürəcəyik”

Müdafiə naziri parlamentdə elan etdi: “Prezidenti öldürəcəyik”

Cənubi Koreya Şimali Koreya lideri Kim Çen Inı öldürmək üçün xüsusi təyinatlı dəstə hazırlayıb.
 
Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Han Min-koo parlamentdə çıxışı zamanı bildirib. O, Şimali Koreya liderini öldürmək üçün hazırlıq aparıb-aparmadıqları barədə suala "bəli, belə planımız var” deyib. Müdafiə naziri həmçinin, Şimali Koreyanın bütün rəhbər heyətini aradan götürmək və strateji obyektlərini raketlə məhv etmək niyyətlərini də açıqlayıb. O, Şimali Koreyanın yeni ballistik raket sınağı keçirəcəyini və Cənubi Koreyanın ən pis ssenarilərə hazırlaşdığını bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM