Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri mövqelərimizi minaatanlardan atəşə tutub

10:18 | 13.06.2019
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri mövqelərimizi minaatanlardan atəşə tutub

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri mövqelərimizi minaatanlardan atəşə tutub

"İyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm-lik minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib”.

Bu barədə Müdafiə Nazirliyindən Anews.az-a sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib.

Müdafiə Nazirliyi düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiq edən foto materialları təqdim edir.
































www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb