Musiqili Teatrda “Brodvey” şou-proqramı təqdim olundu - FOTOLAR

19:58 | 16.05.2016
Musiqili Teatrda “Brodvey” şou-proqramı təqdim olundu - FOTOLAR

Musiqili Teatrda “Brodvey” şou-proqramı təqdim olundu - FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə keçirilən Amerika Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutub. Proqramda "Company-E” şirkətinin əməkdaşları - Pol Qordon Emerson (produser), Amikaelya Qaston (produser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert  Priori (xoreoqraf, rəqqas, müəllim), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) ilə yanaşı, Azərbaycan Dövlət Musiqili Teatrı çoxsaylı kollektivi – xor, balet truppası, orkestr və aktyor heyəti də iştirak edib. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşları, ictimai-siyasi xadimlər və tanınmış sənət adamları iştirak ediblər.
 
 
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının "Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. "Company-E”-nin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazıladığı  "Brodvey” layihəsi geniş tamaşaçı kütləsinə 14-15 may tarixlərində təqdim olunub.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb