Mustafa Sandal BP-ni məhkəməyə verdi

21:24 | 22.03.2018
Mustafa Sandal BP-ni məhkəməyə verdi

Mustafa Sandal BP-ni məhkəməyə verdi

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal BP şirkətinə qarşı qaldırdığı təzminat iddiasının miqdarını artırıb.
 
Türkiyə KİV xəbər verir ki, əvvəlcə müğənni 65 min türk lirəsi tələb etsə də, indi məbləğ 3 milyona qaldırılıb. BP isə məhkəmədə qarşı tərəfin iddialarının rəddini tələb edib.

Qeyd edək ki, M. Sandalın belə addım atmasının səbəbi 31dekabr 2016-cı ildə bitən reklam müqaviləsindən sonra şəkillərinin şirkət tərəfindən icazəsiz istifadə edilməsidir. O, şirkətlə bağladığı 4 illik müqavilənin nəticəsində 5 milyon 450 min lirə məbləğində pul qazanıb. BP isə müqavilə müddəti bitdikdən sonra müğənninin fotolarından yanacaqdoldurma məntəqələrindəki afişalarda istifadə edib. Hazırda məhkəmə iddianı araşdırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb