Muzdla çalışanların əməkhaqqı artıb

13:45 | 12.09.2023
Muzdla çalışanların əməkhaqqı artıb

Muzdla çalışanların əməkhaqqı artıb

2023-cü ilin səkkiz ayında ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı 925,3 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
2023-cü ilin avqustun 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1706,5 min nəfər olub. Onlardan  891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
 
Dövlət Statistika Komitəsinin altı aylıq hesabatına görə, Azərbaycanda inflyasiya 12,7% təşkil edib. 
 
6 ayda istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 %, qeyri-ərzaq məhsulları üzrə 111,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 % təşkil edib.
 
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanda inflyasiyanın iki rəqəmli olacağı proqnozlaşdırılsa da ilin sonuna kimi bu rəqəmin 10%-dan az olması da mümkündür.  
 
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
 
İqtisadiyyat Nazirliyinin yenilənmiş hesablamalarına əsasən, 2023-cü il üçün inflyasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.

Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM