Mövsümün sonuncu "Formula 1" yarışı başlayır

21:30 | 11.12.2020
Mövsümün sonuncu

Mövsümün sonuncu "Formula 1" yarışı başlayır

Bu gün "Formula 1" üzrə dünya çempionatında mövsümün sonuncu - Abu Dabi Qran-prisi start götürəcək.

Anews.az xəbər verir ki, yarışın ilk günündə sınaq yürüşləri gerçəkləşəcək. Birinci test yürüşü Bakı vaxtı ilə saat 13:00-da, ikincisi isə 17:00-da başlayacaq.

Yarışın 16 mərhələsindən sonra "Mercedes" pilotu Lüis Hemilton liderdir. Britaniyalı sürücü artıq 7-ci çempionluğunu öncədən təmin edib.
Qeyd edək ki, Abu Dabi Qran-prisi dekabrın 13-də başa çatacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb