Nabrandan Bakıya gələn 3 avtobus qəzaya uğradı

21:52 | 26.05.2018
Nabrandan Bakıya gələn 3 avtobus qəzaya uğradı

Nabrandan Bakıya gələn 3 avtobus qəzaya uğradı

Bakı-Qobu yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində zəncirvari avtobus qəzası baş verib.

"Qafqazinfo”nun hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, İbrahimov Dilqəmin "05-BE-640” nömrəli, Elmir Hüseynovun "99-JD-403” nörməli və Elçin Qarayevin "99-HJ-256” nömrəli avtobusları toqquşub.

E.Hüseynovun idarə etdiyi avtobus E.Qarayevin idarə etdiyi mikroavtobusa arxadan çırpılıb. Mikroavtobus zərbənin təsirindən yoldan çıxıb və qarşıdan gələn İ.Dilqəmin idarə etdiyi avtobusla toqquşub.

Qəza nəticəsində 4 sərnişin yaralanıb. Yaralılara hadisə yerinə çağırılan təcili yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilib.
Xəsarət alan sərnişinlər bunlardır:
Bakı sakini Cavadova Yana – 51 yaş
Bakı sakini Qurbanov Cəfərr Üzeyir oğlu – 11 yaş
Bakı sakini Səmədov Faiz Baba oğlu – 63 yaş
Bakı sakini Şayxatarov Renat – 58 yaş

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb