Natiq Əliyev: Neft hasilatını sabit saxlamaq niyyətindəyik

10:36 | 03.06.2015
Natiq Əliyev: Neft hasilatını sabit saxlamaq niyyətindəyik

Natiq Əliyev: Neft hasilatını sabit saxlamaq niyyətindəyik

2035-ci ildə Avropa enerji resurslarının idxalını artıracaq.

Oxu.Az xəbər verir ki, bu sözləri "Xəzər Neft və Qaz” konfransında energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, Avropa bu gün enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı çox narahardır:

"Avropada bu gün  siyasi proseslər baş verir. Bu ölkərdə enerji resurslarının istehsalı ildən ilə azalır”, - deyə o qeyd edib.

Nazir həmçinin bildirib ki, Avropanın hazırda əsas problemi Rusiya qazından asılılığı azaltmaqdır.

"Düşünürəm Azərbaycan buna görə Avropa üçün əhəmiyyətli olacaq”, - Natiq Əliyev vurğulayıb. 

O qeyd edib ki, hazırda Azərbaycanda 42 milyon ton neft, 29 milyard kubmetr qaz hasil edilib.

"Qaz istehsalını 2 dəfə artırmaq, neft hasilatını isə hələlik sabit saxlamaq niyyətindəyik”, - deyə nazir qeyd edib.

Nazir ABŞ-ın bu konfransa qatılmaması məsələsinə də aydınlıq gətirib:

"ABŞ bu konfransda olmaya bilər, amma ABŞ həmişə Azərbaycanda keçirilən bütün layihələrə dəstək verir”, - Natiq Əliyev deyib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb