Natiq Əmirov: "Manat fundamental qiymətini almaqdadır"

17:04 | 21.06.2016
Natiq Əmirov:

Natiq Əmirov: "Manat fundamental qiymətini almaqdadır"

Azərbaycanda ABŞ dollarının məzənnəsi hələ real bazar dəyərini tapmayıb. 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bu gün Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Sosial biznes-inkişafa gedən yol” adlı beynəlxalq konfransda bildirib.
 
"Aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental qiymətini almaqdadır", - deyə Prezidentin köməkçisi qeyd edib. 

"Neftin qiymətinin aşağı düşməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan xarici investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının silsilə devalvasiyaya uğraması qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanması məqsədilə ölkəmizdə milli valyutanın devalvasiyasını zərurətə çevirmişdir", - deyə N.Əmirov vurğulayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM