NATO gəmiləri Qara dənizə girdi, Rusiya cavab verdi

16:02 | 05.07.2014
NATO gəmiləri Qara dənizə girdi, Rusiya cavab verdi

NATO gəmiləri Qara dənizə girdi, Rusiya cavab verdi

Şimal qonşumuz hərbi təlimlərə başladı

Rusiya Hərbi Dəniz donanması Qara dənizdə təlimlərə başlayıb. 

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, təlimlərdə 20-yə yaxın döyüş gəmiləri, 20-dən çox hərbi təyyarə və vertolyotlar, dəniz piyada birlikləri, Qara dəniz donanmasının sahil raket-artilleriya qoşunlarının bölmələri iştirak edir.

Təlimlərin keçirilməsində məqsəd Qara dəniz donanması hərbi gəmilərinin düşmən gəmilərini zərərsizləşdirmə, hədəfi düzgün vurma, havadan edilən hücumların qarşısını alma qabiliyyətinin yoxlanılmasıdır.

Qeyd edək ki, ötən gün NATO 4 hərbi gəmisi Qara dənizə daxil olmuşdu.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb