NATO-nun 20 minə yaxın hərbçisi Rusiya ilə sərhəddə təlimlər keçirəcək

15:22 | 17.04.2024
NATO-nun 20 minə yaxın hərbçisi Rusiya ilə sərhəddə təlimlər keçirəcək

NATO-nun 20 minə yaxın hərbçisi Rusiya ilə sərhəddə təlimlər keçirəcək

Finlandiya Rusiya ilə sərhəddə irimiqyaslı hərbi təlimlər keçirəcək. Bu barədə ölkənn mətbuat xidməti məlumat yayıb. 
 
Təlimlərə NATO-nun 20 minə yaxşın hərbçisinin iştirak etməyi gözlənilir.  
 
"Bu müddət ərzində Finlandiya ərazisində NATO ölkələrinin xeyli sayda hərbi qulluqçusunun iştirakı ilə ölkənin müdafiəsi üçün təlimlər keçiriləcək”, - məlumatda deyilir.

Təlimlər aprelin 26-da başlayacaq və tank qüvvələrinin manevrlərini əhatə edəcək. Finlandiya, ABŞ, Böyük Britaniya, Latviya və Estoniyadan olan hərbçilərin iştirakı gözlənilir.
 
Finlandiyanın Mikkeli şəhərində Şimali Avropa ölkələri üçün NATO-nun quru qoşunları üçün qərargah yaradılması planlaşdırılır.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM