Nazarbayevin qızı atasının səhhəti haqda danışdı

11:06 | 13.10.2016
Nazarbayevin qızı atasının səhhəti haqda danışdı

Nazarbayevin qızı atasının səhhəti haqda danışdı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev özünü yaxşı hiss edir.
 
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezidentin qızı Dariqa Nazarbayeva bildirib.
 
"Vəziyyəti xeyli yaxşılaşıb", - deyə D. Nazarbayeva qeyd edib.
 
Qazaxıstan prezidentinin mətbuat xidməti N. Nazarbayevin soyuqdəymə ilə əlaqədar müalicə olunduğunu bildirib. Bu səbəbdən onun bütün beynəlxalq səfərləri həftə sonuna kimi təxirə salınıb.
 
N. Nazarbayevin oktyabrın 12-də Azərbaycana, oktyabrın 14-də isə Ermənistana səfəri nəzərdə tutulurdu.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM