Nazir açıqladı: ABŞ donanması Qətərə girir

22:11 | 30.01.2018
Nazir açıqladı: ABŞ donanması Qətərə girir

Nazir açıqladı: ABŞ donanması Qətərə girir

Qətər hərbi rəhbərliyi Pentaqonla ikili tərəfdaşlığı genişləndirməyi düşünür.

Axar.az xəbər verir ki, bu sözləri Qətər Müdafiə naziri Xalid əl-Ətiyyə deyib.

"Əl-Udeyd bazasında hava qoşunları ilə yanaşı, ABŞ hərbi donanmasının da olmasını nəzərdə tuturuq. Bu baza daimi olaraq fəaliyyət göstərəcək”, - Ətiyyə bildirib.

Nazir Qətərlə Körfəz ölkələri arasında yaşanan gərginlik haqda danışarkən böhranı həll edəcək yeganə şəxsin ABŞ Prezidenti Donald Tramp olduğunu deyib.

Qeyd edək ki, Dohanın 30 kilometrliyindəki Udeyd bazasında 11 min ABŞ hərbçisi var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb