Nazir: "Neft şirkətləri meqa layihələri reallaşdırmaqda çətinlik çəkə bilər"

10:26 | 02.06.2016
Nazir:

Nazir: "Neft şirkətləri meqa layihələri reallaşdırmaqda çətinlik çəkə bilər"

"Hazırda dünya bazarında neft qiymətləri 2000-ci illərdən sonra ən aşağı həddə düşüb. Əgər bu proses bir neçə il davam edərsə, neft şirkətləri meqa layihələri reallaşdırmaqda çətinlik çəkəcək".
 
"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bu gün Bakıda işə başlayan "Caspian Oil&Gas-2016" konfransında çıxışında deyib.

Nazır qeyd edib ki, 1990-cı illərə nisbətən hazırda Azərbaycanda neft hasilatı 6 dəfə artıb: "Əgər 1996-1997-ci illərdə 9 mln. ton neft hasil edilirdisə, hazırda bu, təxminən 6 dəfə artıb. 2014-cü ildə 51 mln. ton, 2015-ci ildə isə 41,7 mln. ton neft hasil edilib. Ötən il həmçinin 29 mlrd. kubmetr qaz hasil olunub".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM