Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR

14:13 | 16.01.2019
Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR

Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR

Təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr imzalayıb.

Bu barədə Anews.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb