Nazir şikayətçi market rəhbərlərini qəbul etdi

17:48 | 19.04.2016
Nazir şikayətçi market rəhbərlərini qəbul etdi

Nazir şikayətçi market rəhbərlərini qəbul etdi

"Aprelin 18-də Azərbaycanın iri supermarketlər şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib. Bu gün səhər isə nazir həmin müraciət edən market sahiblərini qəbul edib”.

Bu haqda Modern.az saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

A.Əliyev nazirin həmin sahibkarları dinlədiyini deyib: "Hazırda müraciətlər əsasında məsələ araşdırılır”.

Sahibkarlar iqtisadiyyat nazirinə ünvanladıqları müraciətdə deyilir ki ki, 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərinə görə, Azərbaycanın əsas supermarket şəbəkələrinin mənfəət marjaları minimuma enib. Lakin qiymətləri qaldırmadan şəbəkələrdə rentabelliyi və işçi sayını qoruyub saxlamaq mümkün deyil. Maddi sıxıntılar mağazaların bağlanmasına və işçilərin ixtisarına səbəb olub.

Sahibkarlar hesab edir ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət pərakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıdır.

Sahibkarların müraciətində deyilir ki, sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV tətbiqi aradan qaldırılsın. Sahibkarlar xahiş edir ki, iqtisadiyyat naziri bu problemin həll edilməsi üçün qanunvericilikdə düzəliş təşəbbüsü ilə çıxış etsin.

Müraciəti "Bizim” marketlər şəbəkəsi adından təsisçi Rasim Salmanov, "FRESKO” və "SƏBƏT” marketləri adından direktor Kamran Eyyubov, "Rahat” marketlər şəbəkəsi adından təsisçi Cəlal Babakişiyev, "Makromart” marketlər şəbəkəsinin təsisçisi Kamal Əliyev, "Araz” marketlər şəbəkəsi adından İlqar Nuri, "Neptun” maketlər şəbəkəsi adından direktor Vüqar İbrahimov, "Bolmart” marketləri adından Elçin Kərimov, "Favorit” marketlər şəbəkəsi adından Aydın Əzizov, "Mega store” və "Sarı” marketləri adından Eşqin İsmailli imzalayıblar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb