Nazir Xalq artistini mükafatlandırdı

16:11 | 24.02.2015
Nazir Xalq artistini mükafatlandırdı

Nazir Xalq artistini mükafatlandırdı

Xalq artisti Canəli Əkbərov 75 illik yubileyi münasibətilə mükafatlandırılıb.

Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görkəmli xanəndə, Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, professor C.Əkbərov Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 75 illiyi münasibətilə nazirlik tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. O, 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.

Xanəndə teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov - "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev - "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov - "Aşıq Qərib") obrazları yaradıb.

Canəli Əkbərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışır.

Görkəmli xanəndə 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1992-ci ildə xalq artisti fəxri adlarına layiq görülmüş, 2002-ci ildə isə Şöhrət ordeni ilə təltif olunub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb