Naziri müavini: "Ölkədə kazinoların artırılmasını istəmərəm"

11:56 | 18.05.2016
Naziri müavini:

Naziri müavini: "Ölkədə kazinoların artırılmasını istəmərəm"

"Bir vətəndaş kimi ölkədə kazinoların artırılmasını istəmərəm".

ANN.Az xəbər verir ki, bu sözləri  Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidmətinin müşaviri Sahib Ələkbərov bugün nazirlikdə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. 

Nazir müavinin sözlərinə görə, cari ilin yanvar aprel ayları ərzində nazirliyin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub: "Bu o deməkdir ki, tapşırığın 104,8 faizinə əməl edilib".

Sahib Ələkbərov daha sonra ölkədə kazinoların açılmasına da münasibət bildirib: "Müxtəlif ölkələrdə kazinolar vaxtın və onlardanda külli miqdarda pul əldə edirlər. Ancaq bu bizlik məsələ deyil. Bu haqda dövlət nə qərar qəbul edərsə, biz onu icra edəcəyik. Bir vətəndaş kimi ölkədə kazinoların açılmasını istəmərəm. Amma dövlət belə bir qərar qəbul edərsə ki, büdcəyə gəlirlərin artırılması ilə bağlı, yenə də bildirirəm ki, biz sadəcə verilən qərarları icra edirik.
 
Orxan Aslanlı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM