Nazirlik qiymət artımına görə daha bir şirkəti cəzalandırdı

18:35 | 26.02.2015
Nazirlik qiymət artımına görə daha bir şirkəti cəzalandırdı

Nazirlik qiymət artımına görə daha bir şirkəti cəzalandırdı

Manatın məzənnəsinin dəyişdirilməsi ilə istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı istehlak bazarında "Tulçinka” yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar həmin yağların istehlak bazarında əsas təchizatçısı olan "Komrad” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nəzarət tədbirləri davam etdirilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb