Nazirlik xəstəlikdən əziyyət çəkən hərbçini nəzarətə götürdü

21:43 | 26.11.2014
Nazirlik xəstəlikdən əziyyət çəkən hərbçini nəzarətə götürdü

Nazirlik xəstəlikdən əziyyət çəkən hərbçini nəzarətə götürdü

"Sol döş körpücüyünün oynağı səviyyəsindən hər iki sümüyünün osteomalisi (sinə sümüyünün çürüməsi) xəstəliyindən əziyyət çəkən baş leytenant İlkin Quliyevin vəziyyəti Səhiyyə Nazirliyi tərəfindən nəzarətə götürülüb". Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, onun müalicəsi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda aparılacaq. A.Qədirlinin sözlərinə görə, hərbçinin vəziyyətinə Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya”sında baxılıb və müalicəsinin Azərbaycanda aparılması tövsiyə olunub: “Xəstəliyi xroniki xəstəlikdir. O, Travmatologiya və Ortopediya İnstitutunda uzun müddətli müalicə keçəcək. Hərbçinin Türkiyəyə göndərilməsi nəzərdə tutulmur”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb