Nazirlik yeni virus təhlükəsi ilə bağlı xəbərdarlıq etdi – VİDEO

20:00 | 15.05.2017
Nazirlik yeni virus təhlükəsi ilə bağlı xəbərdarlıq etdi – VİDEO

Nazirlik yeni virus təhlükəsi ilə bağlı xəbərdarlıq etdi – VİDEO

Bir neçə gündür ki, bütün dünyada kompüterlərin bəlasına çevrilən yeni, dəhşətli virus peyda olub. Bu virus artıq 99 ölkədə yayılıb və bir çox kompüterlərin məhvinə səbəb olub. Bu virus, hətta oğurlanan faylların əvəzində istifadəçidən pul da tələb edir.

anews.az xezerxeber.az-a istinadən məlumat verir ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edib. 

Kompüter sistemlərini təhlükədən qorumağınız üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilərə baş vermiş virus yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda Elektron Təhlükəsizlik Mərkəzinin "1654” nömrəli qaynar xəttinə, yaxud [email protected] elektron nvanına müraciət etməyinizi tövsiyə edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM