Nazirlik özəl baytarlıq xidmətinin tətbiqini planlaşdırır

11:05 | 22.06.2016
Nazirlik özəl baytarlıq xidmətinin tətbiqini planlaşdırır

Nazirlik özəl baytarlıq xidmətinin tətbiqini planlaşdırır

Kənd Təsərrüfatı Nazirliyi baytarlıq xidməti çərçivəsində islahatların aparılması üçün yeni addım planlaşdırır.

 Nazirlikdən Trend-ə verilən məlumata görə, dövlət büdcəsi hesabına çalışan sahə baytarlıq məntəqələri ilə yanaşı, özəl xidmət göstərən baytar həkimlərin fəaliyyətlərinin də mexanizmi hazırlanır. Məqsəd qida təhlükəsizliyinin təminatını yüksək səviyyəyə çatdırmaq, heyvan sağlamlığını yaxşılaşdırmaq, daha savadlı baytar kadrların yetişməsinə dəstək vermək və büdcədən baytarlıq xidmətinə yönəldilən vəsaitin səmərəli istifadəsinə nail olmaqdır.

Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində beynəlxalq məsləhətçi fəaliyyətə başlayıb və ilkin tövsiyələrini nazirliyə təqdim edib.

Kənd Təsərrüfatı Nazirliyi mütəxəssisləri özəl baytarlıq xidməti fəaliyyətinin tətbiqi üçün dünyanın bir çox ölkələrində sınaqdan keçirilmiş modellərlə tanış olublar. Azərbaycan üçün ən uyğun modelin mərhələli keçid olduğu qərara alınıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi seçilmiş pilot rayonlarda dövlət baytarlıq məntəqələri ilə parallel olaraq özəl baytarlıq xidmətlərinin də fəaliyyətə başlamasına şərait yaradaraq dəstək verəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb