Nazirlikdə yeni mərkəz yaradıldı

15:47 | 24.12.2014
Nazirlikdə yeni mərkəz yaradıldı

Nazirlikdə yeni mərkəz yaradıldı

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Yanğından Mühafizə Mərkəzi yaradılıb.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Nazir vurğulayıb ki, yeni qurum meşə yanğınlarının və meşə massivi ərazilərində baş verən yanğınların operativ şəkildə qarşısını almaq məqsədi ilə yaradılıb.

ETSN rəhbəri deyib ki, Mərkəz texniki vasitələr və avadanlıqlarla təchiz olunub. "Yanğından Mühafizə Mərkəzinin yaradılmasında məqsəd baş verən meşə yanğınları hallarına mobil təsir etməkdir. Meşə və meşə massivlərinə yaxın ərazilərdə baş verən yanğınlara ilk olaraq meşəçilər və FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları müdaxilə edir və yanğının qarşısı alınır. Amma biz istəyirik ki, FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gələnə qədər bizim Mərkəzin əməkdaşları təhlükəsizlik qaydalarına əməl etmək şərti ilə xüsusi texnika və avadanlıqlardan istifadə etməklə baş verən yanğına  müdaxilə edə bilsinlər", - H.Bağırov qeyd edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb