Nə üçün televiziyalarda namizədlərin reklamı aparılmır? - EKSPERT

13:08 | 15.10.2015
Nə üçün televiziyalarda namizədlərin reklamı aparılmır? - EKSPERT

Nə üçün televiziyalarda namizədlərin reklamı aparılmır? - EKSPERT

"Deputat olmaq üçün yeni namizədliyini irəli sürənlər maliyyə durumu baxımından  televiziyalarda özlərinin reklam kampaniyalarını apara bilmirlər” – bu sözləri açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.

Noyabr ayının 1-də ölkədə növbəti parlament seçkisi keçiriləcək və oktyabrın 9-dan təbliğat-təşviqat kampaniyasına start verilib. Buna baxmayaraq televiziyalarda namizədlərin heç bir reklamı aparılmır. Buna səbəb nədir? "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ANN.Az-a açıqlamasında hazırkı şərtlər əsasında heç də bütün nazmizədlərin özünü reklam eləmək imkanına malik olmadığını deyib. 

Mərkəz rəhbəri qeyd edib ki, ümumiyyətlə hakimiyyət artıq seçkilərin təbliğat-təşviqatı ilə əlaqədar öz sözünü deyib: "Yəni əslində indiyə qədər dəfələrlə deputat olanların bu cür təbliğata ehtiyacı yoxdur. Geridə qalanlar - yəni namizədliyini yeni irəli sürənlər isə maliyyə durumu baxımından televiziyalarda özlərinin reklam kampaniyalarını apara bilmirlər. Artıq seçkilərlə bağlı bütün olanlar, bütün proseslər göz qarşısındadır. Hamı bilir ki, öz postunu möhkəmləndirənlər yenidən öz postlarına qayıdacaqlar. Buna görə də artıq söz deməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayım Şirkəti namizədlərin təşviqat kampaniyasında ödənişli KİV-lər siyahısına qoşulub. Namizədlərin çıxışı efir vaxtına görə 1 saniyəsi 20 və 50 manat arasındadır. İTV-dən başqa heç bir televiziya, seçkiqabağı təşviqat kampaniyasına qoşulmayıb.

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb